Magistral kəmərlərdə aparılan yenidənqurma işləri ilə əlaqədar bu gün paytaxtın bir sıra ərazisində içməli su olmayacaq.
"Azərsu" ASC-dən "Kommersant.az"a daxil olan məlumata görə, gün ərzində Yasamal və Səbail rayonlarının bir hissəsinə (Sovetski ərazisi, Nazirlər Kabinetinin ətrafı ərazilər), həmçinin Xətai rayonunun bir hissəsinə (Qara şəhər və Ağ şəhər adlananan ərazilər, N.Rəfiyev, M.Mehdizadə, X.Rüstəmov küçələri) içməli suyun verilişində fazilələr olacaq.