Çin özəl sektorun investisiya layihələrinin imkanlarını genişləndirəcək.
"Kommersant.az" xəbər ki, Çin özəl sektorun investisiya layihələrinin imkanlarını genişləndirmək məqsədilə tədbirlər planı görməyə hazırlaşır.
Milli İnkişaf və Reform Komissiyasının vitse-prezidenti Ning Jizhe ictimaiyyətə açıqlamasında Çinin özəl sektora yeni bir investisiya mexanizmi təmin edəcəyini və bununla nəqliyyat, enerji, ekologiya və ətraf mühitin qorunması sektorlarına dəstək vermək niyyətində olduğunu bildirib. O əlavə edib ki, yaxın vaxtlarda özəl sektorun imkanlarını genişləndirmək üçün bazara giriş, qiymətləndirmə sistemi və vergi endirimlərinin siyahısı da açıqlanacaq.