“Facebook” imicini bu "oyun"la bərpa etmək niyyətindədir.
"Kommersant.az" xəbər verir ki, "Facebook"un qurucusu və idarəçisi Mark Zukerberq son aylarda haqqında yayılan müxtəlif xəbərlərlə gündəmi zəbt edib.
Bu dəfə isə o "Harvard" universitetinin tələbələri arasında "Facebook"da yaradılan gizli bir qrupa "Facebook" rəhbəri, mesaj silə bilən və istədiyi bütün funksiyaları sərhədsiz həyata keçirən biri olaraq rahatlıqla qatılıb. Qrupu çox bəyəndiyini yazan Zukerberq tələbələr tərəfindən də maraqla qarşılanıb. Zukerberqin davamlı olaraq qrupda maraqlı paylaşımlar etməsi və bir müddət sonra bu paylaşımların mediaya sızdırılması "Facebook" rəhbərliyinin sosial şəbəkənin imicini qaldırmaq üçün oynadığı oyun olaraq qiymətləndirilib. Çünki "Facebook" son zamanlar haqqında yayılan xəbərlərə görə böyük məbləğdə pul itirməyə başlamışdı.