"Kommersant.az" xəbər verir ki, Amerika prezidenti Trump OPEK-in neft hasilatını məhdudlaşdırmayacağına ümid etdiyini və neft qiymətlərinin daha aşağı olacağına inandığını bildirib. Trump bu haqda rəsmi "Twitter" hesabında yazıb.
Qeyd edək ki, OPEK neftə olan tələbin azalması səbəbilə gələn il neft hasilatını məhdudlaşdırmağı düşündüklərini bildirmişdi.