USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nəhəng şirkət rəhbərlərinin məsləhət gördüyü kitablar

13.11.2018 İqtisadiyyat
0 0
Deyilənə görə, bu kitabları oxumaqla gücünüzə güc qata bilərsiniz.

"Kommersant.az" xəbər verir ki, dünyanın "Google", "Apple", "Amazon", "Twitter" kimi nəhəng şirkətlərin rəhbərlərinin hansı kitabları oxuduqları yəqin çoxlarına maraqlıdır. Elə isə həmin məşhurların şiddətlə tövsiyə etdiyi kitabların adlarını sizə təqdim edirik:

1) Kazuo İshiguro, "Gündən Qalanlar" – "Amazon"un rəhbəri Jeff Bezosun ən sevdiyi və məsləhət gördüyü kitabdır;

2) "The Tipping Point" - Kıvılcım Anı, Malcolm Gladwell – "Lockheed Martin" şirkətinin rəhbəri Marillyn Hewsonun motivasiya üçün məsləhət gördüyü kitab;

3) Nikola Tesla, "Tesla" – "Google" qurucularından Larry Page dünya liderlərinin hekayələrini oxumuş biri kimi bu kitabdan ilham ala biləcəyinizi iddia edənlərdəndir;

4) Thomas L. Friedman, "Dünya düzdür – İyirmi birinci əsrin tarixi – "JP Morgan"ın rəhbəri Jamie Dimonun məsləhətli kitablar siyahısında ən üst sırada yer alan kitab;

5) Niall Ferguson, "Pulun yüksəlişi – Dünya maliyyə tarixi" – "Coca-Cola" rəhbərlərindən biri Muhtar Kent dediyinə görə, ilhama ehtiyacı olanda bu kitabı oxuyur;

6) Moises Naim, "Gücün sonu" – "Facebook" qurucusu Mark Zukerberqin çox kitab oxuyan biri kimi məsləhət gördüyü kitab;

7) George Stalk, "Zamana qarşı rəqabət" - "Apple" qurucularından Tim Cookun dediyinə görə, sevdiyi hər kəsə bu kitabı hədiyyə edir.

  • Əvvəlki

    Gələn il investisiya məbləği artmayacaq - PALATA SƏDRİ

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0