Türk poladına qarşı İrandan sanksiya tətbiqi ola bilər.
"Kommersant.az" xəbər verir ki, Türkiyə rəhbərliyi İranın polad istehsalındakı artımının və Türkiyəyə etdiyi ixracatın sektorda narahatlığa səbəb olduğunu bildirib.
Polad İxracatçıları Birliyi rəhbərinin açıqlamasına görə, İranın polad istehsalı son illərdə sürətli şəkildə artır. Belə ki, 2000 – ci illərdə 9 milyon ton polad istehsal edən İran, 2017 – ci ildə bu rəqəmi 30 milyon tona qaldırıb. Bunun nəticəsində isə İranın Türkiyəyə idxal etdiyi poladın qiyməti Türkiyə bazarındakı qiymətlə müqayisə olunmayacaq dərəcədə aşağı olur.
Türkiyə tərəfi bu işdə birmənalı olaraq dövlət nəzarətinin olduğunu və müdaxilənin zəruri olduğunu düşündüklərini bildirib. Əks halda bunun sanksiya kimi qəbul olunacağı söylənilib.