Trump şərab istehsalına görə Fransanı ittiham etdi.
"Kommersant.az" xəbər verir ki, ABŞ prezidenti Donald Trump Fransanı şərab qiymətlərinin baha olmasına görə ittiham edib.
Şəxsi "Twitter" hesabında bu haqda yazan Trump bildirib ki, "ABŞ da ən az Fransa qədər yaxşı şərab istehsal edə bilir. Ancaq Fransanın ABŞ-dan fərqi odur ki, Fransa şərabının qiymətləri çox bahadır".
Onun sözlərinə görə, ABŞ Fransaya şərab idxal etməkdə kömək edir, amma bunun qarşılığında Fransa ABŞ-a qarşı da eyni qiymət siyasəti yeridir. Trump bunun haqsızlıq olduğunu düşündüyünü bildirib.