USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bu sahəyə uzun zamandır ki, ciddi vəsait ayrılmır" - DEPUTAT

14.11.2018 İqtisadiyyat
0 0
“Uşaqlarla, uşaq pulları ilə bağlı məsələ artıq həllini tapmalıdır. Başqa yerdə bu var və yoxdur, bunun bizim üçün elə bir əhəmiyyəti qalmır. Biz özümüz bu məsələni həll etməliyik. Həll etməliyik ki, uşaq xəstə olmasın, şikəst olmasın, əlil olmasın”.

"Kommersant.az" xəbər verir ki, bunun deputat Fazil Mustafa parlamentdə büdcə müzakirələrində deyib. Onun sözlərinə görə, burada ünvanlılıq olmalıdır: " Hökumət hətta, naturallılıq yolu ilə də bunu edə bilər, yəni, qida, ərzaq şəklində də kömək etmək olar. 63 faizi əhalinin rəsmi gəliri yoxdur, həm atanın, həm də ananın. Ona görə də hökumət bu məsələni həll etməlidir".

F. Mustafa həmçinin Bakıda nəqliyyat probleminə də toxunub. O bildirib ki, burada ciddi problem yaşanır: "Bu problemi aradan qaldırmaq üçün metro çəkilməlidir. Bu gün milyonlarla adam metrodankı havasızlıqdan əziyyət çəkir. Gərək 1 milyon havasızlıqdan boğulsun ki, bu sahəyə vəsait ayrılıb metro tikintisi sürətləndirilsin?! Amma bu sahəyə uzun zamandır ki, ciddi vəsait ayrılmır".

Qeyd edək ki, çıxışlardan sonra 2019- cu ilin dövlət büdcəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib. Deputatlardan 105-i lehinə, ikisi isə əleyhinə səs verib. Onu da qeyd edək ki, ikinci oxunuşda müzakirələr noyabrın 23-də davam etdiriləcək.

Qafqazinfo

  • Əvvəlki

    Sabah şaxta olacaq

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0