USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ölkədə qiymətli kağızlar bazarı artıb

14.11.2018 İqtisadiyyat
0 0
2018-ci ilin yanvar-oktyabr ayları ərzində Bakı Fond Birjasında (BFB) birja əqdlərinin ümumi dövriyyəsi artıb.

"Kommersant.az" xəbər verir ki, 2018-ci ilin yanvar-oktyabr ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 2 dəfə artaraq 19 mlrd. 279 mln. 659 min 943,64 manat təşkil edib.

Bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəlinə nəzər salanda məlum olur ki, 2017-ci ilin on ayı ilə müqayisədə bu ilin eyni dövründə qiymətli kağızlar bazarı 2,9 dəfə artaraq 11 mlrd. 89 mln. 378 min 286 manat təşkil edib.

Pay və borc alətləri bazarı isə azalıb. Başqa sözlə, son 1 ildə pay bazarı 4,7 dəfə azalaraq 142 mln. 6 min 62 manata, borc alətləri bazarı 17,3% azalaraq 573 mln. 776 min 697 manat olub.

Törəmə Maliyyə Alətləri Bazarında (Forex) isə vəziyyət ürəkaçan olub. Müqayisə olunan dövrdə Törəmə Maliyyə Alətləri Bazarı 57,31% artaraq 6 mlrd. 923 mln. 69 min 267 manat olub.

Report

  • Əvvəlki

    62 adda dərman ödənişsiz veriləcək

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0