Proqnozlar gələn il “Apple” məhsullarının və hissələrinin dəyər itirəcəyi yönündədir.
"Kommersant.az" xəbər verir ki, investisiya bankı "Goldman Sachs" 2019 – cu il üçün "Apple" haqqında proqnozlarını açıqlayıb. Belə ki, proqnozlarda şirkət məhsullarının, eləcə də hissələrinin nisbətən düşəcəyi yönündə məlumatlat yer alıb.
Daha dəqiq desək, "Goldman Sachs" növbəti il ərzində "iPhone" istehsalının 6%, "Apple" hissələrinin isə 3,5% düşəcəyini proqnozlaşdırıb. Bu halda "Apple"ın hissə dəyəri 222 dollardan 209 dollara enəcək.