USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kompüterdə işləməyi bacarmayan nazirin istefası tələb olunur

14.11.2018 İqtisadiyyat
0 0
Yaponiyanın kibertəhlükəsizlik naziri Yoşitaka Sakurada parlamentin aşağı palatasında fərdi kompüterdə işləməyi bacarmadığını dilə gətirib.

"Kommersant.az" xəbər verir ki, müxalifətçi millət vəkillərinin suallarını cavablandıran 69 yaşlı nazir kiçik yaşlardan əmək fəaliyyəti ilə məşqul olduğunu, vaxt azlığı üzündən kompüteri öyrənə bilmədiyini deyib.

"Sonra müxtəlif vəzifələrə getdim, işçilərimə göstəriş vetrməyə başladım. Beləliklə, klaviaturanı taqqıldatmağa artıq ehtiyacım da yoxdur", - nazir bildirib.

Onun bu sözləri bir çox millət vəkillərinin təəccübünə və hiddətinə səbəb olub.

"Belə bir insana ölkənin kibertəhlükəsizliyini həvalə eolunmasına adamın inanmağı gəlmir", - müxalifətçi Masato İmai söyləyib.

Zəngin siyasi təcrübəsi sayəsində işlərin öhdəsindən gəldiyini bildirən nazir Y.Sakurada nüvə elektrik stansiyalarının kiberhücumlardan qorunmasının təşkilinə dair suallara "bu məsələnin təfərrüatına bələd olmadığı"nı etiraf edib. Belə olan halda müxalifət onun istefası tələbini irəli sürüb.

report

  • Əvvəlki

    "Ötən gün baş verən neft qiymətlərinin kəskin azalması..." - OPEC PREZİDENTİ

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0