Gələn ildən etibarən xaricdən Azərbaycana gətirilən avtomobillərin qiymətində kəskin artım olacaq.
Bu Vergilər Məcəlləsinə ediləcək dəyişikliklərdə nəzərdə tutulub. Məcəlləyə əsasən, 2019-cu ildən etibarən ölkəyə idxal olunan avtomobillərin aksiz vergisi artırılır.
Məlumat üçün deyək ki, hazırda ölkəyə gətirilən avtomobillərdən bir neçə vergi rüsum tutulur.
Belə ki, avtomobilin gömrükdəyərinə (yəni xaricdən alındığı qiymət və onu ölkəyə gətirmək üçün xərclənən məbləğin cəmi) 36% ƏDV hesablanır. Bundan başqa, avtomobilin mühərrik həcmi, istehsal tarixi və ölkəsindən aılı olaraq gömrük üsumu tətbiq edilir
Nəhayət, avtomobilin mühərrik həcmindən asıl olaraq ona aksiz vergsi hesablanır. Müşahidələr də göstərir ki, bu gün xaricdən gətirilən avtomobillər üçün göükdə ödənilən vəsaitlərin böyük hisəsi məhz aksiz vergisinə sərf edilir.
Gələn ildən isə aksizlər daha da artırılacaq. FED.az bildirir ki, Vergi Məcəlləsinə ediləcək dəyişikliyə əsasən, aksiz vergisinin dərəcəsinin bütün avtomobillər üzrə artırılması nəzərdə tutulur. Ən aşağı aksiz dərəcəsi mühərrikinin həcmi 2 litrə qədər olan avtomobillərdədir. Bu göstərici 1 kubsantimetr üçün 20 qəpikdən 30 qəpiyə qaldırılıb. Ən yüksək aksiz dərəcəsi isə mühərrikinin həcmi 5 litrdən artıq olanlardadır. Belə avtomobillərdə 1 kubsantimetr üçün vergi 40 manatdan 70 manata qaldırılıb. Dəyişikliklər daha ətraflı aşağıdakı cədvəldə göstərilib:
Minik avtomobillərinin mühərrikinin həcmi:
Hazırda
2019-dan
2000 sm3-dək olduqda
hər 1 sm3 - 0,20 manat
hər 1 sm3 - 0,30 manat
3000 sm3-dək olduqda
400 manat + 2001-3000 sm3 hissəsi üçün hər 1 sm3 görə - 3 manat
600 manat + 2001-3000 sm3 hissəsi üçün hər 1 sm3 görə - 5 manat
4000 sm3-dək olduqda
3400 manat + 3001-4000 sm3 hissəsi üçün hər 1 sm3 görə - 8 manat
5600 manat + 3001-4000 sm3 hissəsi üçün hər 1 sm3 görə -13 manat
5000 sm3-dək olduqda
11400 manat + 4001-5000 sm3 hissəsi üçün hər 1 sm3 görə - 20 manat
18600 manat + 4001-5000 sm3 hissəsi üçün hər 1 sm3 görə - 35 manat
5000 sm3-dən çox olduqda
31400 manat + 5000 sm3 - dən çox hissəsi üçün hər sm3 görə - 40 manat
53600 manat + 5000 sm3 - dən çox hissəsi üçün hər sm3 görə - 70 manat
Bu dəyişikliklər ölkəyə gətirilən avtomobillərə görə ödənilən aksiz vergisinin məbləğinin kəskn yüksəlməsinə səbəb olacaq. Mühərriki kiçik avtomobillərlə bu fərq nisbətən kiçik olsa da, daha böyük mühərrik həcminə malik avtomobillər üçün aksiz vergisinin məbləği 10 minlərlə manat artacaq. Bu isə son nəticədə xaricdən gətirilən avtomobillərin bahalaşası ilə nəticələnəcək.
Qeyd edilən dəyişikliklər qəbul edilsə minik avtomobilləri üçün aksiz vergisi belə dəyişəcək: