USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda fəaliyyət göstərən xəstəxana 1 milyon cərimələnib?

15.11.2018 İqtisadiyyat
0 0
Bakıda fəaliyyət göstərən özəl klinikalardan birinin 1 milyon manat məbləğində cərimə olunduğu iddia edilir.

"Kommersant.az"-ın əldə etdiyi məlumata görə, Vergilər Nazirliyi tərəfindən özəl xəstəxanalarda ciddi yoxlamalar başlanılıb. İddiaya görə, yoxlamalar zamanı "MedEra Hospital"da ciddi qanun pozuntusu aşkarlanıb.

Belə ki, klinikada çalışan həkim və işçi heyətinin böyük hissəsinin əmək müqaviləsi olmayıb. Hospital işçilərinin sayını az göstərərək vergidən yayınıb. Buna görə də, "MedEra Hospital" 1 milyon manat cərimə edilib.

Yoxlamalar "İstanbul NS" klinikasında da aparılıb və ciddi nöqsanlar aşkar edilib. Hər iki klinika ilə əlaqə saxladıq. "MedEra Hospital"da telefona cavab verən xanım, "Belə bir şey yoxdur" deyib, telefonu qapatdı. "İstanbul NS" klinikasında isə bizi 2 saat ərzində müxtəlif cavablar və nömrələr verdilər. Sonda da telefonlara cavab verən olmadı.

  • Əvvəlki

    Azərbaycanda çəkilən yol nişanı gülüş hədəfi oldu - FOTO

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0