Azərbaycan 1 209,622 mln. ABŞ dolları dəyərində 6 184,175 mln. kubmetr təbii qaz ixrac edib.
"Kommersant.az" xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 1 209,622 mln. ABŞ dolları dəyərində 6 184,175 mln. kubmetr təbii qaz ixrac edib.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 535,15 mln. kubmetr (9,5%) və 207 916,5 dollar (20,8%) çoxdur.
10 ay ərzində təbii qaz ixracı Azərbaycanın ümumi ixracının 7,6%-ni təşkil edib.