FIFA Türkiyənin "Kayserispor" klubunu cəzalandırıb.
"Kommersant.az" Report-a istinadən xəbər verir ki, qurum Türkiyə təmsilçisinə transfer qadağası qoyub. Komanda buna görə qış transfer pəncərəsində yeni oyunçu ala bilməyəcək.
Səbəb "Kayserispor"un 2015-2016 mövsümündə İspaniya "Malaqa"sından heyətinə qatdığı Adnan Tiqhaduiniyə əmək haqqı kimi 150 min avronun vaxtında ödəməməsidir.
Qeyd edək ki, Adnan Tiqhaduini "Kayserispor"da cəmi 7 oyuna çıxıb.