USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ən etibarlı avtomobillərin siyahısı açıqlandı

15.11.2018 İqtisadiyyat
0 0
ABŞ-ın "Consumer Reports" jurnalı 3 iri region üzrə ən etibarlı avtomobillərin reytinqini tərtib edib.

"Kommersant.az" xəbər verir ki, Asiya regionunda rəy sorğularına əsasən, "Lexus", "Toyota", "Mazda", "Subaru" və "Kia" ən etibarlı avtomobillər hesab olunub.

Avropa regionunda bu siyahıda "Audi", "BMW", "Mini Cooper", "Porsche" və "Volkswagen" yer alıb.

Amerikalı istehlakçılar isə "Ford", "Buick", "Lincoln", "Dodge" və "Jeep"i etibarlı hesab edib.

Bundan başqa, ekspertlər ən təhlükəsiz modellərin siyahısını tərtib edib. Bu reytinqə "Lexus GX", "Toyota Prius C", "Mazda MX-5 Miata" və "Subaru Crosstrek" daxil olub.

trend