USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

25 il lotoreyada eyni rəqəmləri yazan şəxs 343 milyon dollar qazandı

15.11.2018 İqtisadiyyat
0 0
ABŞ-ın Nyu-York şəhərində 25 ildir lotoreyada hər həftə eyni rəqəmləri yazan bir nəfər nəhayət 343 milyon 900 min dollarlıq cek-potu udub.

"Kommersant.az" ölkə.az-a istinadən xəbər verir ki, Robert Beyli adlı 67 yaşlı şəxs 27 oktyabr tarixində "Powerball" lotoreyasında 8, 12, 13, 19, 27 və 4 rəqəmlərini yazıb. Bununla da Nyu-Yorkda lotoreya tarixinin ən çox pul qazanan insanı olub. Vergilər çıxılandan sonra Robertə 125 milyon dollar çatacaq.

41 il poçt işçisi olan Beyli əsas məbləğ olan 687 milyon dolları 51 yaşlı Lova əyalətinin qadın sakini ilə birlikdə udub və məbləğ aralarında bölünüb. Robert bildirib ki, qazandığı pul ilə anasına ev alacaq, səyahət edəcək və iş quracaq.