USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu gecə də neftimiz ucuzlaşdı

16.11.2018 İqtisadiyyat
0 0
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 14-də 67,81 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,39 dollar/barel azdır.

"Kommersant.az" xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 14-də 66,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,48 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 14-də 62,82 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,43 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti noyabrın 14-də 64,7 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,37 dollar/barel azdır.