USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Nar Mobile” Qaxdakı fəaliyyətini dayandırıb

16.11.2018 İqtisadiyyat
0 0
“Nar Mobile”dan gələn şikayətlər paytaxt “sərhəd”lərini aşıb.

"Kommersant.az" xəbər verir ki, "Nar Mobile"dan şikayətlər davam edir. Ard-arda operator haqqında yazdığımız yazılar qərəzli kimi görünə bilər. Amma məsələ burasıdır ki, şirkətdən gələn şikayət həddindən artıq çoxdur.

Bu dəfə aldığımız şikayət bölgələrdəndir. Belə ki, "Nar Mobile" şikayətləri artıq paytaxt "sərhəd"lərini aşıb. Redaksiyamıza müraciət edən şikayətçi yaşadığı Qax rayonunda "Nar Mobile" şəbəkəsinin olmadığını bildirir. Şikayətçi narahatlığını hətta Qaxda "Nar" şəbəkəsi tamamilə dayandırılıb", deyə ciddi şəkildə ifadə edir.

Operatorun müştərisi onu da qeyd edir ki, məsələ ilə bağlı "Nar Mobile" operatorları "müvəqqəti çətinlik üçün üzr istəyirik" deyirlər. Sözügedən müvəqqəti çətinlik isə artıq 5 aydır ki, davam edir.