USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyanın ən bahalı küçələri

16.11.2018 İqtisadiyyat
0 0
Siyahıya görə, ən bahalı küçə artıq necə deyərlər, “London küçələri” deyil.

"Kommersant.az" xəbər verir ki, dünyanın ən bahalı küçələrinin siyahısı açıqlanıb. Belə ki, siyahıya görə, ən bahalı küçə artıq necə deyərlər, "London küçələri" deyil. Sözügedən siyahını sizə təqdim edirik:

Honq Konqun Kozuey Bey küçəsi 2018-ci ildə dünyanın ən bahalı küçəsi hesab olunub.

Qeyd olunur ki, bu küçədə ticarət obyektlərinin illik icarəsi orta hesabla bir kv. M. üçün 2,7 min dollar təşkil edir.

Bu küçə son beş il ərzində reytinqə liderlik etmiş Nyu Yorkun Beşinci prospektini ikinci pilləyə salıb. Beşinci prospektdə icarə qiyməti 2,25 min dollara bərabər olub.

İlk üçlüyü Londonun Nyu Bond küçəsi tamamlayıb. Bu küçə ticarət obyektlərinin 1,7 min dollarlıq icarə qiyməti ilə Avropanın ən bahalı küçəsi olub.

İlk beşlikdə həmçinin Fransanın Yelisey çölləri prospekti (1,5 min dollar) və Milanın Montenapoleone küçəsi (1,47 dollar) yer alıb.

  • Əvvəlki

    Rusiyada futbolçu taksi sürücüsünü qətlə yetirdi

Digər xəbərlər