USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda bu yol ödənişli olacaq

16.11.2018 İqtisadiyyat
0 0
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkədə yeni ödənişli avtomobil yollarının tikintisini davam etdirir".

"Kommersant.az" Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda Bakının 45 kilometrliyindən Rusiya sərhəddinə qədər olacaq avtomobil yolunun tikintisi davam etdirilir:

"Yolun tikintisinə 2018-ci ildə başlanıb. Həmin yolun 153-ci kilometrliyinə qədər hissəsinin tikintisi nəzərdə tutulub. Yol birinci texniki dərəcəyə malik 4 hərəkət zolaqlı olacaq. Yolun ödənişli olacağı gözlənilir. 2018-ci ildə ölkə başçısının iştirakı ilə açılışı olan Bakı-Ələt-İran sərhəddi avtomobil yolu 270 kilometrlik yolu 40 kilometr qısaldıb".

S.Məmmədov bildirib ki, rəhbərlik etdiyi qurum ödənişli yollarda tarifi müəyyən etmək səlahiyyətində deyil: "Bu qiymətləri Tarif Şurası müəyyən edəcək. Biz yalnız yolların texniki dərəcəsini vermişik, oradan gün ərzində keçən avtomobillərin sayını göstərəcəyik. Həmin əsaslarla Tarif Şurası qiyməti müəyyən edəcək".

  • Əvvəlki

    Dünyanın ən bahalı küçələri

Digər xəbərlər

29.11.2024 İqtisadiyyat
Azərbaycanda yeni rüsumlar müəyyən edilir
0 0
29.11.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0