USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda 26042 kq kartof məhv edilib

16.11.2018 İqtisadiyyat
0 2
AR Gömrük Məcəlləsinin 331-ci maddəsinə əsasən tərkibində gövdə nematodu aşkarlanmış kartof məhv edilib.

“Kommersant.az” xəbər verir ki, Sumqayıt Təmizlik Departamentinin tullantıların zərərsizləşdirilməsi poliqonunda noyabrın 8-dən gömrük orqanları tərəfindən gömrük nəzarəti altında saxlanılan və Qida Təhlükəsizliyi Agentliyinin (QTA) laborator müayinələr nəticəsində tərkibində gövdə nematodu aşkarlanmış 26042 kq kartof mal sahibinin müraciəti əsasında, AR Gömrük Məcəlləsinin 331-ci maddəsinə əsasən məhv edilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, malların məhvolma prosesində DGK-nin Bakı Baş Gömrük İdarəsinin və QTA-nin 1 saylı Regional Bölməsinin əməkdaşları və bir sıra media nümayəndələri də iştirak ediblər.

  • Əvvəlki

    Vergilər Nazirliyi kollegiyasının yeni tərkibi təsdiq edildi

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0