USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bundan sonra sahibkarların qapısını cəmi bir əl döyəcək - Hadi Rəcəbli

17.11.2018 İqtisadiyyat
0 0
Vergi Məcəlləsinə sahibkarlarla, sahibkarlıqla, vergi və sığorta yığımı ilə bağlı çox mühüm dəyişikliklər edilir. Bundan sonra həm sahibkarların işi yüngülləşəcək, həm də sığorta və vergi yığımı bir əldən olacaq, bunu cəmi bir qurum həyata keçirəcək.

"Kommersant.az"-ın xəbərinə görə, bu barədə Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Hadi Rəcəbli dilə gətirib.

O qeyd edib ki, yığımları bundan sonra ancaq Vergilər Nazirliyi həyata keçirəcək.

"Əvvəllər sahibkarların qapısını çox əl döyürdü, bu zaman bir qədər gərginlik, müəyyən neqativ hallar yaşanırdı. Ancaq bundan sonra sahibkarların qapısını ancaq bir əl - Vergilər Nazirliyi döyəcək. Bu da nəticə etibarilə həm sahibkarları əlavə gərginliklərdən, yükdən azad edəcək, həm də yığım prosesini gücləndirəcək", - deyə H.Rəcəbli əlavə edib.

Oxu