Məhəmmədi kəndinin elektrik enerjisi təchizatında fasilələr olacaq.
Bu, "Azərişıq" ASC-nin mətbuat xidmətindən "Komemersant.az"a daxil olan məlumatda qeyd olunur.
Məlumata görə, Abşeron rayonu Bağlar ETSİ-nin xidmət ərazisi olan Məhəmmədi kəndinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədilə Zabrat – Məhəmmədi, yeni Məhəmmədi 35/10 kV-luq yarımstansiyası ilə kəndin digər ərazilərini əlaqələndirmək üçün 19 noyabr 2018-ci il tarixindən 23 noyabr 2018-ci il tarixinə qədər kəndin bəzi ərazilərində qısa müddətli fasilələr yaranacaq.