Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-aprel aylarında 15 mlrd. manatlıq və yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9% çox sənaye məhsulu istehsal edilib
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,8% artıb, neft sektorunda isə 0,6% azalıb.
Sənaye məhsulunun 73%-i mədənçıxarma sektorunda, 21,9%-i emal sektorunda, 4,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 1,4% artıb, əmtəəlik qaz hasilatı isə 10,8% azalıb.
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 8,8 dəfə, tütün məmulatlarının istehsalı 2,7 dəfə, hazır metal məmulatlarının istehsalı 2,2 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,2 dəfə, mebel istehsalı 2 dəfə, elektrik avadanlıqlarının istehsalı 98,5%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 91,4%, toxuculuq sənayesi məhsullarının istehsalı 62,6%, tikinti materiallarının istehsalı 37,8%, metallurgiya sənayesi məhsullarının istehsalı 14,2%, geyim istehsalı 12%, kimya sənayesi məhsullarının istehsalı 1,6%, ağacın emalı və ağacdan məmulatların istehsalı 1,1% artıb, içkilərin istehsalı 3,6%, qida məhsullarının istehsalı 5,1%, maşın və avadanlıqların istehsalı 5,6%, kompüter, elektron və optik məhsulların istehsalı 6,1%, əczaçılıq məhsullarının istehsalı 22%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 22,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı 33,1%, sair nəqliyyat vasitələrinin istehsalı isə 64% azalıb.