Nəyə görə mənim, sizin, onun hələ də $1.000.000 pulu yoxdur? Bunun səbəblərini aydınlaşdırmağa və arzularımızı həyata keçirməkdə bizə mane olan maneələri aradan qaldırmağa çalışaq.
Birinci səbəb: Mən heç vaxt varlı olmaq haqqında düşünməmişəm
Əksər hallarda insanlar ümumiyyətlə nə vaxtsa varlı olacaqları haqqında heç düşünmürlər də. Əgər onlar bu barədə düşünsəydilər, müəyyən tədbirlər görəcək, cəhdlər edəcək və zənginliyə bir addım daha yaxınlaşacaqdırlar.
Heç kəs sizə nəyə nail ola, nəyəsə nail ola bilməyəciyiniz haqqında heç nə deyə bilməz. Bizim hər birimiz istədiyinə nail ola bilər.
İkinci səbəb: İmkanlarla istəklər üst-üstə düşmür
Yəqin ki, bir çoxumuz nə vaxtsa varlı olacağımız haqqında planlar qurur, bu planları ətrafımızdakılarla bölüşürük. Lakin planlarımızın həyata keçməsi üçün heç nə etmirik. Arzularınızın arxasıyca gedin.
Üçüncü səbəb: Təxirə salmaq
"Yeni ildən mən yeni həyata başlayacağam!", "Sabah mən mütləq idmanla məşğul olacağam!", "Bazar ertəsindən etibarən yeni iş axtarmağa başlayacağam!". Unudun. Sabahlar günlərlə, həftələrlə, aylarla davam edə bilər. Bu gün, elə bu anda öz istəklərinizi həyata keçirməyə başlayın.
Dördüncü səbəb: Başlayıb sona çatdırmamaq
Bəzən seçdiyimiz yolda sonuna qədər irəliləmək üçün bizim səbrimiz çatmaya bilər, vaxtından tez təslim ola bilərik. Halbuki bir az da yol qət etsək, hər şeyə nail olacayıq. Başladığınız istənilən işi sonuna qədər yerinə yetirin.