Bakı Dövlət Universitetinin mətbuat xidməti yeni rektor təyin edilməsi barədə məlumatlara münasibət bildirib.
"Kommersant.az" xəbər verir ki, Bakı Dövlət Universitetinin mətbuat xidməti sosial şəbəkələrdə bu təhsil müəssisəsinə yeni rektor təyin edilməsi barədə məlumatlara münasibət bildirib.
Universitet Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ali təhsil müəssisəsinə yeni rektor təyin edilməsi barədə yayılan məlumatlar düzgün deyil.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə açıqlamasında hazırda BDU-nun rektoru vəzifəsinin icrasını universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva həyata keçirir.
Qeyd edək ki, mediada Bakı Dövlət Universitetinə akademik Nərgiz Paşayevanın rektor seçilməsi ilə bağlı xəbərlər yayılmışdı.