USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Samand" avtomobilinin yeni seriyası - FOTO

20.11.2018 İqtisadiyyat
0 0
İranın ən böyük avtomobilqayırma şirkəti olan "Iran Khodro" (IKCO) Azərbaycanla əməkdaşlığını genişləndirir.

"Kommersant.az" xəbər verir ki, şirkət "Samand" modelinin Azərbaycanda istehsalına başlayıb. Bu barədə Report məlumat yayıb.

Qeyd edək ki, IKCO daha əvvəl Azərbaycanın "AzerMash" ASC avtomobil şirkəti ilə "Xəzər" avtomobil şirkəti birgə müəssisəsini yaradıb. Şirkət Neftçalada yerləşir.

"Xəzər" avtomobil şirkəti artıq "Dena" minik avtomobilini istehsal edir. "IKCO Press"in məlumatına görə, "Samand"ın yeni modelinin istehsalına həftəsonu başlanılıb.