USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AQTA yenə iş başında bu dəfə xurmadan milçək tapdı - FOTO

20.11.2018 İqtisadiyyat
0 0
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fitosanitar müfəttişləri tərəfindən mütəmadi olaraq monitorinqlər davam etdirilir.

Monitorinqlər çərçivəsində Bakı şəhəri ətrafında yerləşən kəndlərdə karantin zərərli orqanizmlər sirayətlənməsi şübhə doğuran xurma məhsulundan müayinə üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

ELƏCƏDƏ BAX: Azərbaycan 100 min tona yaxın xurma ixrac edib

Aparılan müayinələr nəticəsində nümunələr götürülmüş xurma məhsulunda Aralıq dənizi meyvə milçəyi (Ceratitis capitata (Wedemann)) aşkar olunub. Bu zərərli orqanizm xüsusilə müxtəlif fəsilələrdən olan meyvə ağaclarına zərər vurur. Həmçinin meyvələrin çürüməsinə səbəb olan göbələklərin yayılmasına şərait yaradır.

Bununla bağlı olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinə profilaktik tədbirlərin görülməsi üçün müraciət olunub.

Qeyd edək ki, Aralıq dənizi meyvə milçəyi Azərbaycan ərazisi üçün karantin tətbiq edilən zərərli orqanizm olmaqla, Türkiyə, Rusiya, Albaniya, Əlcəzair, Xorvatiya, Kipr, Misir, Fransa, Yunanıstan, Macarıstan, İsrail, İtaliya, Malta, Mərakeş, Portuqaliya və s. kimi ölkələrdə yayılıb.