USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu şadlıq sarayları bağlanacaq

20.11.2018 İqtisadiyyat
0 0
Şadlıq sarayları dövlət qanunlarına əməl etmir.

"Kommersant.az" xəbər verir ki, paytaxtda şadlıq saraylarının çox oldugu küçələrdə axşam vaxtı rahat gəzmək olmur. Belə ki, həmin ərazilərdə restoranlardan çıxan tüsyüyə görə, göz-gözü görmür, hətta nəfəs almaq belə çətinləşir. Məhərrəmlik ayının başa çatmasından sonra şadlıq saraylarının fəaliyyəti yenidən genişlənib. Xüsusilə də paytaxtda fəaliyyət göstərən şadlıq sarayları, demək olar ki, hər gün doludur. Nəticədə axşam hava almaq üçün küçəyə çıxanlar təmiz hava əvəzinə zəhərli qazları qəbul edirlər.

Məsələ ilə bağlı ARB TV-nin "Günə doğru" proqramında maraqlı süjet yayımlanıb.

Sakin: "Boğulursan, restoranın yanından keçəndə bilmirsən hansı tərəfdən keçəsən".

Sakin: "Ekologiyaya, insanların səhhətinə ziyandır".

Ekspert Nüsrət Qasımov isə məsələni belə şərh edib: "Burada karbon 4 oksid əvəzinə karbon monoksid əmələ gəlir. O da çox zəhərləyici maddədir. 1-ci növbədə qaz işlədiciləri tənzimləmək lazımdır".

Ekoloq Telman Zeynalov: "Yaxşı da pul qazanırsan, qazan. Bəs camaata niyə əziyyət verirsən? Qoyarsan, filteri, sorar, onunla da iş bitər".

Xatırladaq ki, ETSN 4-5 ay öncə paytaxtdakı şadlıq evlərinə havatəmizləyən qurğuların quraşdırılması ilə bağlı xəbərdarlıq etmişdi. Lakin hələ də qaydalara əməl etməyib, "tüstüləməyə" davam edən restoranlar var. Şadlıq saraylarının rəhbərləri isə müxtəlif bəhanələr gətirir.

ETSN 9 şadlıq sarayının fəaliyyətinin dayandırılması üçün məhkəmə orqanları qarşısında vəsatət qaldırıb. Araşdırmalar davam edir. Görünür bu siyahı daha da genişlənəcək.

  • Əvvəlki

    Gəncədə yaşayış binasında partlayış - Ölü sayı 3-ə çatdı

Digər xəbərlər

27.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
27.11.2024 İqtisadiyyat
Azərbaycan buğda idxalını azaldıb
0 0
27.11.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0