Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Baba Hacı-Baba oğlu Salayevi Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi təyin edib. O bu vəzifədə Pənah Hüseyn oğlu Süleymanovu əvəz edib.
"Kommersant.az" xəbər verir ki, Baba Salayev bundan əvvəl Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi olub. O, bu vəzifədə 2 il çalışıb.
Qeyd edək ki, B. Salayev deputat Hacı Salayevin qardaşıdır.