USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Atası, qardaşı, oğlu, qudası, xalası oğlu: Nazirlərin məmur qohumları - SİYAHI

21.11.2018 İqtisadiyyat
0 0
Bir neçə gün öncə Prezident İlham Əliyevin sərəncamı ilə vəzifədən azad olunan Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovun eyni anda üç qardaşının və digər qohumlarının yüksək vəzifə tutması məmurların qohumları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Nazirlərin yüksək vəzifə daşıyan qohumları ilə bağlı araşdırma aparılıb.

Vergilər naziri Mikayıl Cabbarovun qayınatası və xalası oğlu yüksək vəzifə daşıyır. Belə ki, nazirin qayınatası Kamran İmanov Əqli Mülkiyyət Agentliyinin sədridir. Bundan öncə Müəllif Hüquqları Agentliyinə və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəhbərlik edib. Düzdür, Kamran İmanovun məmur fəaliyyəti M.Cabbarovun məmur fəaliyyətindən daha əvvələ gedib çıxır və bu mənada onların təyinatı arasında bağlar axtarmaq mənasızdır.

Nazirin xalası oğlu Balakişi Qasımov İctimai İctimai Televiziya və Radio Yayımları şirkətinin baş direktorudur. Bu təyinata qədər Azərbaycan Televiziyasında yayımlanan beynəlxalq lisenziyalı "Əlaçı" ("Brainist"), "61!" ("Jeopardy!"), "Breyn-rinq", "Kim? Harada? Nə vaxt?" verilişlərinin baş prodüseri və rejissoru olub.

Gənclər və İdman naziri Azad Rəhimovun qudası və oğlu yüksək vəzifə daşıyır. Nazirin qudası Niyazi Bayramov Gəncə şəhər İcra Hakimiyyətinin başçısıdır. Bu təyinata qədər Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı və Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi vəzifələrində işləyib.

Nazirin oğlu Arif Rəhimov 2014-cü ilin yanvarında yaradılmış "Baku Grand Prix" şirkətinin rəhbəridir. Bu şirkət Bakıda keçirilən dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin – "Formula-1"in "Qran Pri" yarışının təşkilatçısıdır.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun atası və oğlu yüksək vəzifə daşıyır. Nazirin atası Fəttah Heydərov Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatıdır. Buna qədər Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri, Culfa rayon İcra Hakimiyyətinin başçısı olub.

Nazirin oğlu Tale Heydərov Azərbaycan Avropa Cəmiyyətinin sədridir. İddialara görə, onun rəhbəri olduğu və lobbiçilik fəaliyyəti ilə məşğul olan qurum fəaliyyətini dayandırıb, ancaq bu barədə rəsmi açıqlama verilməyib.

Təhsil naziri Ceyhun Bayramovun qardaşı yüksək vəzifədədir. Azər Bayramov Maliyyə nazirinin müavinidir. Eyni zamanda Büdcə gəlirlərinin proqnozlaşdırılması üzrə komissiyanın sədridir. Buna qədər Maliyyə Nazirliyinin Vergi Siyasəti və Gəlirlər Baş İdarəsinin rəisi işləyib.

Səhiyyə naziri Oqtay Şirəliyevin oğlu önəmli vəzifə tutur. Murad Şirəliyev Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədr müavinidir. 2000-ci ildən bank sektorunda olan M.Şirəliyev bundan öncə "Kapital Bank"ın İdarə Heyətinin sədr müavini olub.

Kənd Təsərrüfatı naziri İnam Kərimovun qardaşı yüksək vəzifədə çalışır. Mətin Kərimli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavinidir. "Harvard" Universitetinin məzunu olan M.Kərimli bundan öncə Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəisi vəzifəsində çalışıb.

Energetika naziri Pərviz Şahbazovun atası yüksək vəzifədədir. Oqtay Şahbazov uzun illərdir Prezident Adminstrasiyasında yüksək vəzifə tutur. Hazırda Azərbaycan Respublikası Prezidentinin İşlər müdiridir. 1-ci dərəcə Dövlət müşaviri, "Əməkdar dövlət qulluqçusu" fəxri adı və "Şöhrət" ordeni ilə təltif edilib.

azxeber

  • Əvvəlki

    "Əkin torpağında ev və ya obyekti inşa etməyə qanunvericilik icazə vermir" - MÜSAHİBƏ

Digər xəbərlər