USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bələdiyyələrin siyahısında dəyişiklik olunacaq

21.11.2018 İqtisadiyyat
0 0
Azərbaycanda bir neçə bələdiyyənin adı dəyişdirilir.

"Kommersant.az" xəbər verir ki, "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilir. Dəyişikliklə, Ağsu rayonunun Gürcüvan bələdiyyəsiXanbulaq, Goranboy rayonunun Ağamalıoğlu bələdiyyəsi Düzqışlaq, Əzizbəyovbələdiyyəsi Kəhrizli, Xaçmaz rayonunun Alekseyevka bələdiyyəsi Çaykənarı, Müqtədir bələdiyyəsi İstisu, Xızı rayonunun Şuraabad bələdiyyəsi Şorabad, Qusar rayonunun Şirvanovka bələdiyyəsi Şirvanlı, Masallı rayonunun Kalinovka bələdiyyəsi Viləş, Saatlı rayonunun Xanlarkənd bələdiyyəsi Nabatkənd, Qarayevkənd bələdiyyəsi Orta Muğan, Samux rayonunun Qırmızı Samux bələdiyyəsi Qaraağaclı, Şəmkir rayonununQasım İsmayılov bələdiyyəsiAğlavaşlı, Muxtariyyat bələdiyyəsi Qədimqala adlandırılır.

Dəyişiklik layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.