Avropada insan sağlamlığının təhlükəsizliyini təmin etmək üçün yeni texnologiya tətbiq olunacaq.
"Kommersant.az" xəbər verir ki, Avropada plastik materialların istifadəsi ilə bağlı yeni inkişaf texnologiyası əldə olunub. Belə ki, yeni texnologiya sayəsində plastik materialların istifadə olunduğu qida qablarında kimyəvi maddələrin qidaya keçməsinin qarşısı alınacaq.
Sözügedən qidalar toyuqdan başlayaraq kola, duru yağ qabları, şirniyyat paketləri və s. bu kimi bir çox məhsulu əhatə edir.