USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan 2019-cu ilin riskli səyahət xəritəsində

22.11.2018 İqtisadiyyat
0 0
Liviya, Əfqanıstan və Somali 2019-cu ildə turistlər üçün ən riskli ölkələr hesab edilib.

"Daily Mail" nəşrində bildirilir ki, bununla bağlı "International SOS" səhiyyə və təhlükəsizlik şirkətinin mütəxəssisləri məlumat yayıb.

İnteraktiv xəritədə ölkələrin siyasi təcavüz (terrorçuluq, iğtişaş, siyasi motivlərdən iğtişaşlar və müharibə daxildir), sosial gərginlik (eyni zamanda, təriqətçi, kommunal və etnik zorakılıq), cinayətkarlıq və kiçik qanun pozuntuları əsasında təhlükə səviyyəsi göstərilib.

Xəritədə riskin beş kateqoriyası müəyyən edilib: əhəmiyyətsiz (yaşıl rəng), az (sarı rəng), orta (narıncı rəng), yüksək (qırmızı rəng) və ekstremal (tünd qırmızı rəng).

Qeyd edək ki, Avropa ölkələrinin əksəriyyətində risk səviyyəsi aşağı göstərilib. Belə ki, Azərbaycan Böyük Britaniya, İordaniya, Küveyt, İran, Oman, Qətər, BƏƏ, Gürcüstan, Ermənistan və Özbəkistan kimi az riskli ölkələr siyahısına daxil olub.

Əhəmiyyətsiz riskli Avropa ölkələri siyahısına Lüksemburq, Danimarka, Sloveniya, İsveçrə, Norveç, Finlandiya, İslandiya və Qrenlandiya daxil edilib.

Yüksək riskli ölkələrin əksəriyyəti Afrika və Yaxın Şərqdə yerləşir.

Oxu