USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib

23.11.2018 İqtisadiyyat
0 0
Nazirlər Kabineti “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə”, “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında” və “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında” qərarlarda dəyişiklik edib.

"Kommersant.az" xəbər verir ki, "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə"nin 1.3-cü bəndinin beşinci abzasına "kateqoriyalı" sözündən sonra "(altkateqoriyalı)" sözü əlavə edilib.

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydasının 4.2-ci bəndinə "kateqoriyasına" sözündən sonra "(altkateqoriyasına)" sözü əlavə edilib.

"Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydaları"nın 5.1-ci bəndinə "kateqoriyalı" sözündən sonra "(altkateqoriyalı)" sözü əlavə edilib. Qərar 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

  • Əvvəlki

    Dolların bu günə olan məzənnəsi

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0