Prezidentin sərəncamı ilə daha bir nazir müavini işdən çıxarıldı.
"Kommersant.az" xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 noyabr 2018-ci il tarixli 719 nömrəli Sərəncamı ilə Natiq Balaş oğlu Abbasov energetika nazirinin müavini vəzifəsindən azad edilib. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Natiq Abbasov 2009-cu ildən energetika nazirinin müavini vəzifəsində çalışıb.