Məhərrəm ayı başa çatıb və Azərbaycanda toyların keçirilməsində (Məhərrəm ayı ərzində ölkənin əksər bölgələrində toy mərasimləri olmur) yaranan fasilə də bitib.
"Report" tanınmış müğənnilərin yeni mövsüm üçün toy qiymətlərini öyrənib.
Suala sənət adamlarından bir hissəsi özləri, bir qisminin isə produserləri cavab verib.
Nuri Sərinləndirici – 13 min dollar (ödəniş yalnız dollar ilə qəbul olunur)
Əməkdar artist Abbas Bağırov – ansambl ilə 16 min manat
Əməkdar artist Nadir Qafarzadə – ansambl ilə toyun idarə olunması 13 min manat, tək ifa 8 min manat
Samir Piriyev – ansambl ilə 10 min manat
Zamiq Hüseynov – ansambl ilə 10 min manat, tək ifa yarım saat 4 min manat
Xatirə İslam – yarım saat tək ifa 3 min 500 manat, öz ansamblı ilə bütöv toy 10 min manat
Əməkdar artist Könül Kərimova – ansambl ilə 8 min manat, yarım saat 3 min manat
Elçin Cəfərov – yarım saat ansambl ilə 7 min manat
Əməkdar artist Mətanət İsgəndərli – ansambl ilə 7 min manat
Əməkdar artist Röya Ayxan – 6 mahnı 7 min manat
Nigar Camal – yarım saat 6 min manat
Yeganə Mürsəlova – ansambl ilə 6 min manat, tək ifa 3 min 500 manat
Damla – yarım saat 2 min manat, saat 19:00-dan 23:00-a kimi 5 min manat
Xalq artist Səməd Səmədov – 4 min manat
Cahan qrupu – ansambl 6 nəfərlik 2 min 500 manat, ansambl 12 nəfərlik 3 min 500 manat
Meyxanaçı Namiq Qaraçuxurlu – yarım saatı 3 min manat
Qismət qrupu – 14 nəfərlik ansambl ilə 3 min manat