USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan nefti ucuzlaşaraq son 1 ilin minimumuna düşdü

23.11.2018 İqtisadiyyat
0 0
ICE qitələrarası birjada “Brent” markalı neftin bir barrelinin qiyməti 60 dollara qədər geriləyib.

"Kommersant.az" Bloomberg-ə istinadən xəbər verir ki, bu, son bir ildə minimum qiymətdir.

Belə ki, "Brent"in qiyməti sonuncu dəfə ötən ilin noyabrında 61 dollar/barreldən aşağı olub. Hazırda "Brent" neftinin bir barreli Londonun ICE birjasında 3% ucuzlaşmaqla 60,89 dollara satılır.

İqtisadçı-ekspert Rövşən Ağayev isə bildirir ki, neftin 55 dollara qədər ucuzlaşması nə ödəmələr balansı, nə də büdcə baxımından ciddi risk yaratmır.

"Bu qiymət səviyyəsində yalnız hökumətin Dövlət Neft Fonduna (ARDNF) gələn il üçün planladığı 3 mlrd. manata yaxın yığım mümkün olmaya bilər." – deyə o neftin ucuzlaşmasına dair şərhində bildirirb.

Banker

  • Əvvəlki

    Azərbaycanda "körpü" bankların yaradılması qaydaları təsdiq edildi

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0