USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Yol hərəkəti haqqında” qanununda dəyişikliklər - BU BƏND LƏĞV EDİLDİ

23.11.2018 İqtisadiyyat
0 0
Aşağıda yazılan bəndlər ləğv edildi

Bakı şəhəri, 21 noyabr 2018-ci il Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nda dəyişikliklər edilməsi barədə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanununun tətbiqi və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 aprel tarixli 1926 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 745; 2010, № 11, maddə 1041, № 12, maddə 1125; 2011, № 4, maddə 372; 2013, № 8, maddə 1025, № 12, maddə 1629; 2014, № 7, maddə 945, № 8, maddə 1014; 2016, № 2 (II kitab), maddə 354, № 3, maddə 592, № 4, maddələr 779, 804, 817, № 5, maddə 964; 2017, № 4, maddələr 633, 650, № 5, maddə 980, № 8, maddə 1609; 2018, № 4, maddə 806, № 5, maddə 1107, № 7 (II kitab), maddə 1625, № 9, 2 maddə 1920; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 oktyabr tarixli 461 nömrəli Qərarı) ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin: 1. 8.2.6-cı yarımbənd ləğv edilsin. 2. 14.8-1-ci bənddə "Beynəlxalq" sözü "Ümumi istifadədə olan avtonəqliyyat vasitələri ilə beynəlxalq" sözləri ilə əvəz edilsin. Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov