USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bakı Metropoliteni” yarım milyon manatdan çox pulu nəyə xərcləyir?

23.11.2018 İqtisadiyyat
0 0
“Bakı Metropoliteni” QSC-nin 534132,66 manatlıq tenderlərinin qalibi müəyyən olub.

"Kommersant.az" xəbər verir ki, QSC Xocasən Sağlamlıq Mərkəzinin daxili su təchizatı, havalandırma, istilik şəbəkəsi və qazanxananın daxili mexaniki avadanlığının quraşdırılması işlərini "Kaspian Standart Co" MMC şirkətinə həvalə edib və dəyəri 265220,34 manat olan müqavilə imzalayıb.

QSC-nin "Bənövşəyi xətti" üzrə şərti adı "B0-3" stansiyası üçün 3 ədəd və Elmlər Akademiyası stansiyası üçün 1 ədəd sərnişin liftinin alınması, quraşdırılması, sazlanması və işə buraxılması işlərini isə "Verti" MMC şirkəti həyata keçirəcək. Şirkət görüləcək işlərin qarşılığında "Bakı Metropoliteni" QSC-dən 268912,32 manat pul alacaq.