USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın Belarusiyadan aldığı hərbi texnikalar - SİYAHI

24.11.2018 İqtisadiyyat
0 0
Bu günlərdə məlum oldu ki, Belarusdan Azərbaycana hərbi texnikanın növbəti partiyasının çatdırılması üzrə yeni müqavilə bağlanıb.

Yerli 42.TUT.BY nəşri bu kontekstdə Belarusun Azərbaycana indiyə qədər çatdırdığı hərbi texnikanın siyahısını təqdim edib.

Belarus və Azərbaycan arasında silah ticarəti artıq neçə ildir davam edir. Silah sazişləri —məbləğlər və müqavilələrin həcmi çox vaxt gizli saxlanılır. Qeyri-rəsmi informasiyaya görə, on illik əməkdaşlıq ərzində Minsk Bakıya təxminən 500 milyon dollarlıq silahlar, hərbi təyinatlı texnika və avadanlıq satıb.

Amma beynəlxalq sazişlər haqqında məlumatların müəyyən hissəsi BMT-nın Silahsızlaşdırma məsələləri üzrə idarəsinin saytında əlçatandır.

Tanklar briqadası

Bakı Minskdən 2005-ci ildə 19, 2006-da 41, 2012-də isə daha 62 T-72 tankı alıb. Sonrakı illər ərzində texnikanın çatdırılması haqda rəsmi məlumat yoxdur. Əldə olan məlumatlara görə, Belarus Azərbaycana 153 T-72 tankı göndərib. Bu, bütöv bir tank briqadası deməkdir.

T-72 tankları ekipaj üçün yaxşı müdafiəni təmin edir və uğurlu vəziyyətdə PTUR zərbəsinə tab gətirə bilir. Kalibri 125 millimetr, döyüş kütləsi 41 ton, ekipajı 3 nəfərdən ibarətdir.

Ağır artilleriya divizionu

2008-2009 illərdə Belarus Azərbaycana on iki özüyeriyən artilleriya qurğusu (ÖAQ) "Pion" satıb. Bu, bütöv bir diviziondur.

203-millimetrlik ÖAQ "Pion" silahı düşmənin arxasında əhəmiyyətli obyektlərin və hədəflərin kütləvi bombardmanını təşkil etmək üçün yaradılıb.
Maksimum atəş məsafəsi təxminən 47,5 km-dir.

Qurğu 10 dəqiqəlik atəş vaxtı hədəfə 500 kq-dan çox partlayıcı atmağa qadirdir. Qurğu həm adi, həm də nüvə silahlarından atəş aça bilir.

6 diviziondan çox artilleriya qurğusu ("qaubitsa")

2009 və 2012-ci illərdə Belarus Azərbaycana iki mərhələdə 122 mm kalibirlik 120 D-30 artilleriya qurğusu çatdırıb.
Bu silahları sadəlik, etibarlılıq, atəş imkanı və portativlik baxımından qoşunlarda yaxşı qiymətləndirilir. D-30-u 80 km/saata qədər sürətlə daşımaq mümkündür, onu 1,5−2,5 dəqiqəyə döyüş vəziyyətinə gətirmək olur. Qurğunun komplektinə müxtəlif döyüş sursatları daxildir.

Hücum eskadrilyası

2009-dan 2012-ci ilə qədər Balarusdan on bir Su-25 hücum təyyarəsi alınıb.

Su-25 artıq 40 ildən çoxdur ki, dünyanın müxtəlif ordularının silahlanmasına daxildir. Bu "uçan tank"ın pilotu 12,7, ən təhlükəli istiqamətlər üzrə isə 30 millimetrə qədər kalibrli istənilən lüləli silahdan açılan atəşdən praktik olaraq tam qorunur.

Hücum təyyarəsinin arsenalında digər silah və qurğularla yanaşı, böyük miqdarda idarə olunmayan bomba və reaktiv mərmilər də var.

Zenit kompleksləri

2007-ci ildə Azərbaycan "Osa-AKM" ZRK-sının "Osa-1T" səviyyəsinə qədər müasirləşdirilməsinə dair müqavilə bağlanmışdı. Müasirləşdirmə ilə Belarusun "Tetraedr" müəssisəsinin mütəxəssisləri məşğul oldular və onu üç il ərzində başa çatdırdılar. Müasirləşdirmə nəticəsində "Osa-1T"nin xidmət müddəti daha 15 il uzadıldı.

Azərbaycana, həmçinin sovet kompleksi "Buk-M1"in tam müasirləşdirilmiş "Buk-MB" ZRK-ları çatdırılıb. Onlar 26 iyun 2013-cü ildə Bakıda keçirilən paradda nümayiş etdirilib. 2014-cü ilin sentyabrında isə Azərbaycanın Silahlı Qüvvələri "Buk-MB" ZRK-sının ikinci batalyonunu aldı.

Belarus mütəxəssisləri S-125 ZRK-sının "Peçora-2T" səviyyəsinə qədər müasirləşdirməsində də iştirak ediblər. Dünya Silah Ticarətinin Analizi Mərkəzinin məlumatına görə, 2014-cü ildə Azərbaycan Belarusa hələ 2011-ci ildə sifariş etdiyi S-125-TM "Peçora-2T"nin doqquz divizionunu (27 işəsalma qurğusu) aldı.

Hava Hücumundan Müdafiə komplekslərinin ən müasir alışlarından biri ZRK T38 "Stilet"in iki batareyasının əldə edilməsi oldu. Bu ZRK beş dəqiqə ərzində atış üçün hazır vəziyyətə gətirilir. Kompleks eyni zamanda 48-ə qədər hədəfi aşkar etməyə qadirdir, maksimal məhvetmə məsafəsinin uzaqlığı 20, hündürlüyü isə 0,025-dən 10 kilometrə qədər təşkil edir.

Raket kompleksləri

Hazırda Azərbaycana on "Polonez" raket kompleksinin çatdırıldığı bildirilir. Bu kompleks üzrə bir çox informasiyalar hələ də "məxfi" qrifi altındadır.

Bununla belə, məlumdur ki, "Polonez"in üzərində döyüşə hazır 8 raket var. Sistemin 301 mm-lik M20 raketlərinin hər birinin uzunluğu 7264 mm, stabilizator pərlərinin açılış eni 615 mm-dir, çəkisi isə 750 kq-a çatır. Döyüş hissəsi 3 növdə ola bilər. Zərbə radiusu 100-300 km-ə çatır, bir raket 275 metr radusda, 6 "Polonez"dən ibarət bir batareya isə eyni anda 48 hədəfi və ya 100kv.km ərazini atəşlə örtür.

Kompleks düşmənin açıq sahədə, sığınacaqlarda, zirehli və zirehsiz texnika, artilleriya, raket sistemləri və hava hücumundan müdafiə vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub.

Polonez"in daha bir üstünlüyü ondan ibarətdir ki, o, çətin keçilən ərazilər üçün nəzərdə tutulmuş MZKT-7930 "Astroloq" adlı təkərli şassi üzərində quraşdırılır. Bu səbəbdən, "Polonez"in mürəkkəb relyefli dağlıq ərazilərdə tətbiq edilməsi heç bir çətinlik yaratmır.

…Bu, Belarusun Azərbaycana çatdırdığı silahların bütün spektri deyil. Bela