Prezident İlham Əliyev Yaponiyanın baş naziri Şinzo Abeyə məktub göndərib.
"Qafqazinfo" xəbər verir ki, məktubda prezident Osaka şəhərinin "Ekspo 2025" sərgisini keçirmək hüququnu qazanması münasibətilə baş naziri və bütün Yaponiya xalqını təbrik edib: "Sizə və dost Yaponiya xalqına bu mötəbər tədbirin hazırlıq mərhələsində və keçirilməsində uğurlar arzulayıram".