USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"MedEra Hospital”la bağlı şikaytlər səngimək bilmir

25.11.2018 İqtisadiyyat
0 0
Bu dəfə hospital burun-dodaq əməliyyatı etdirən xanımı çıxılmaz vəziyyətdə qoyub.

"Kommersant.az" xəbər verir ki, Evelina Şükürova adlı qadın 2016-cı ildə burun-dodaq əməliyyatı üçün sözügedən hospitalın direktoru və lor həkimi olan Qəhrəman Qəhrəmanova müraciət edib.

O, əməliyyat üçün həkimə 2500 manat pul ödəyib. Evelina Şükürovanın sözlərinə görə, ödədiyi məbləğə baxmayaraq onun əməliyyatı uğursuz olub:

"Əməliyyat uğursuz oldu. Xoşuma gəlmədiyi üçün həkim dedi ki, bir müddət gözlə, yerinə oturacaq. Bir il tamamında dodağım da əyri, burnum da bərbad vəziyyətdə idi. Burnumdan qan, çirk gəlirdi, istədiyim formada deyildi".

Evelina Şükürovanın burun-dodaq əməliyyatı ikinci dəfə birinci əməliyyatdan bir il sonra baş tutur. Bu zaman qaydalara görə uğursuz əməliyyatdan sonra pulsuz olmalı ikinci əməliyyat üçün ödəniş tələb edilib, vətəndaşdan estetik əməliyyat üçün anesteziya və analizlərin pulu adı ilə 500-600 manat alınıb.

Bu əməliyyat da uğursuz olub. Vətəndaş qeyd edir ki, "əziyyət çəkirəm, nəfəs ala bilmirəm. Dodaqlarım əyridir, burnumdan qan gəlir, şəkillər də təqdim edəcəyəm. Əməliyyatdan öncə bundan daha yaxşı idi dodağımla burnum, nəinki indi. Dodaqlarımın tikişləri düz qoyulmayıb, geli dodağımdan tam olaraq çıxartmayıb, dodaqlarım əyridir, danışan zaman dartılır". Şikayətçi bildirdi ki, "MedEra Hospital"ın direktoru və onun əməliyyatını aparmış Qəhrəman Qəhrəmanov hal-hazırda, "Həyat" klinikasında estetik cərrah olaraq fəaliyyət göstərir.

yenicag