Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Babək prospektində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparacaq.
Agentlik sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.