2019-cu ildə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nəzdindəki Dövlət Toxum Fondu onlayn layihə olaraq Toxum birjası yaratmağı planlaşdırır.
"Kommersant.az" xəbər verir ki, bunu Trend-ə Dövlət Toxum Fondunun rəhbəri Emin Əliyev deyib.
Onun sözlərinə görə, bu internet tətbiqi vasitəsilə fermerlər, istehsalçıları və toxum şirkətləri toxum seçə, daşımalar həyata keçirə, aqrotexniki məsləhətlər üçün məsləhətçilər seçə biləcək:
"Gələcəkdə isə maliyyələşdirmə və ya kreditləşmə üçün müraciət etmək mümkün olacaq".
E.Əliyev əlavə edib ki, gələn il Fond həmçinin "ToxumArt" layihəsinin reallaşdırılmasını planlaşdırır:
"Bundan başqa, Bakı şəhərinin müxtəlif hissələrində şəbəkə stendlərinin yaradılması nəzərdə tutulur".