USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Neftin bir barelinin 60 dollara satılması ədalətli qiymətdir"

28.11.2018 İqtisadiyyat
0 0
"Rusiya iqtisadiyyatı üçün bir barel neftin ən sərfəli qiyməti 60 dollar səviyyəsidir".

Bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən forumda deyib.

"Yadımdadır, 2013-cü ildə neftin bir bareli 43 dollar olub, cari ildə isə 72 dollardır. Məncə, 60 dollar son dərəcə məqbul rəqəmdir və bizə sərf edir. Bu qiymət ədalətlidir", - deyə Rusiya Prezidenti vurğulayıb.

V.Putinin sözlərinə görə, Rusiya büdcəsinin məxaric hissəsi tərtib edilərkən neftin qiyməti 40 dollardan hesablanıb: "OPEC-lə indi də təmasdayıq, lazım gəlsə, bununla bağlı birgə fəaliyyəti davam etdirəcəyik".