USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan nümayəndə heyəti Minskdə "TİBO" forumunda iştirak edir

15.05.2018 İqtisadiyyat
0 0
Nəqliyyat, rabitə və yüksək texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Belarusun paytaxtı Minskdə səfərdədir.

"Kommersant.Az"ın məlumatına görə, nümayəndə heyəti "TİBO-2018" - informasiya kommunikasiya texnologiyaları üzrə beynəlxalq forumun açılışında iştirak edəcək.

Səfər zamanı E.Vəlizadənin Belarusun bir sıra rəsmi şəxsləri ilə görüşləri də nəzərdə tutulub.

Qeyd edək ki, mayın 18-ə qədər davam edəcək forumda Azərbaycandan başqa forumda 15 ölkədən 100-dən çox şirkətin iştirak edəcəyi gözlənilir.

Bu il "TİBO" robot texnologiyası, yeni mobil xidmət və tətbiqlər, şəhər sektoru və mənzil-kommunal təsərrüfatları üçün informasiya texnologiyaları, coğrafi informasiya və naviqasiya texnologiyaları sahəsindəki nailiyyətləri nümayiş etdirəcək. Təşkilatçılar diqqəti, əsasən, startapların dəstəklənməsinə və gənclər arasında İT-nin populyarlaşmasına yönəldəcək.

Azərbaycan "TİBO" sərgisinə müntəzəm olaraq qatılır.

  • Əvvəlki

    Azərbaycan məhsulları “Sial China 2018” Beynəlxalq Ərzaq Sərgisində nümayiş etdiriləcək

Digər xəbərlər