USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstanın yeni prezidenti: “İşə piyada gedib gələcəm”

29.11.2018 İqtisadiyyat
0 0
Gürcüstanda prezident seçkilərinin qalibi olan Salome Zurabişvili yeni açıqlama verib.

Salome dəbdəbəli prezident sarayında yox, Tiflisdəki Orbeliani Sarayında oturacağını bildirib. Onun sözlərinə əsasən, Orbeliani Sarayı Avlabardakı binaya nisbətən daha çox Avropa üslublu olduğu üçün oranı seçib.

Yeni seçilən prezident bildirib ki, işə piyada gedib gəlməyi düşünür və Tiflisin mərkəzindəki evində yaşayacağını qeyd edib.

Avlabar rezidensiyası Mixeil Saakaşvilinin təşəbbüsü ilə inşa edilib. Layihə gürcü arxitektor Georgi Batiaşviliyə məxsusdur. Sarayın daxili tikintisi ilə italyan dizayner Mikel De Lukki məşğul olub.

Orbeliani sarayı isə XVII əsrdə inşa edilib.

Qeyd edək ki, Salome 59.52 faiz səs toplayaraq prezident seçilib.