USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Güclü küləyin ilk fəsadları - AÇIQLAMA, FOTO

17.01.2019 Hadisə
0 0
Bakıda bu gecədən əsən güclü külək nəticəsində şəhərin müxtəlif yerlərində 4 ağac aşıb.

"Kommersant.az" xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, aşma hadisələri Bakının Nəsimi və Yasamal rayonlarında qeydə alınıb.

O.Məmmədov əlavə edib ki, aşan ağacların hamısı sağlam olub. Onlardan biri Eldar şamıdır.

Birlik rəsmisi heyətin hazırda gücləndirilmiş iş rejimində çalışdığını da qeyd edib.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün və sabah ölkə ərazisində xüsusi təhlükəli hidrometeoroloji hadisənin olacağı haqqında xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir.

Trend